31 may 2023-cü il tarixdə, Avropa siyasi birliyinin Zirvə toplantısı keçirildi.
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kişinyovda Moldova Respublikasının
Prezidenti Maya Sandu ilə görüşü olub. “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Moldovada təşkil edilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırdı. Söhbət zamanı ölkələrimizin bir-birinin ərazi bütövlüyünün tanıdığı və siyasi baxışlarının
uyğunluğu qeyd edildi. Suverenliyin dəstəklənməsi siyasi həmfikir olmaqla bərabər
ticarət-iqtisadi ələqələrin inkişaf etdirilməsi və genişləndirilməsi barədə
fikir mübadiləsi aparıldı. İqtisadi əlaqələrin genişləndirilməsi üçün müəyyən sahələrdə qarşılıqlı iqtisadi əlaqələrin qurulması
vurğulandı. Şərabçılıq sənayesinin inkişafı sahəsində hər iki ölkənin dərin təcrübəyə malik olduğu önə çəkildi. Maya Sandu Moldovada keçirilən bu görüş çərçivəsində dövlətimizin başçısının Avropa İqtisadi Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa birliyinin
iştirakı ilə keçiriləcək beştərəfli görüşü müsbət hal kimi qiymətləndirdi. Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana
səfərə dəvət etdi.
Dəvət razılıqla qəbul olundu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu toplantıda iştirak etdiyi zaman Dövlətimizin başçısı ilə görüşən Moldovanın Baş
naziri Dorin Recan bu görüşdən məmunluğunu ifadə etdi. O, Azərbaycan Respublikasının müstəqillik günü və bu müstəqilliyin elan olunmasının 105 illik tarixə malik olduğunu vurğuladı. Azərbaycan dövlətçilik tarixində öz dəsti- xətti ilə seçilən Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyi münasibəti ilə
İlham Əliyevi təbrik etdən Dorin Reçan
onun nümunəvi şəxsiyyət olduğunu qeyd edərək
normal, sülhsevər dövlət başçıları üçün öyrəniləcək mənbəə adlandırdı. Hər iki ölkə bir-birini yaxşı başa düşür. Azərbaycan və Moldova prezidentləri arasında mehriban, dostluq münasibətləri var. Birgə layihələr uğurla davam
etdirilir. Azərbaycan təkcə regionun deyil, Moldova da daxil olmaqla, Avropanın bir çox ölkəsinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır. Beynəlxalq səviyyədə ölkələrimiz bir-birinə dəstək olur. İnanırıq ki, iqtisadi Azərbaycanla Moldova
arasında iqtisadi əlaqələr daha da genişlənəcək, dostluğumuz möhkəmlənəcək.
Aydın HƏSƏNOV,
Xocalı rayon sakini